İlin Məktəbləri
Bildiyiniz kimi 187 Sayli Tam Orta məktəb Bakı Şəhəri Sabunçu Rayonu Maşdağa Qəsəbəsi-də yerləşir..
Bakı şəhəri C.Cabbarlı adına 187№-li tam orta məktəb 1936-cı ildən fəaliyyət göstərir. 850 yerlik
binada hal-hazırda 95 sinifdə 2106 şagird təhsil alır. Məktəbdə iki bölmə - azərbaycan və rus
bölmələri vardır, məktəb iki növbəlidir, altı günlük iş rejimi ilə işləyir. Məktəbin 4 min kvadrat metrə yaxın həyətyanı sahəsi vardır.Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin qərarı ilə 03.10.1955-ci ildən etibarən məktəb görkəmli dramaturq Cəfər Cabbarlının adını daşıyır.Məktəbdə şagirdlərin təlim-tərbiyəsi ilə 140 müəllim məşğuldur. Onlardan bir nəfəri elmlər doktoru, bir nəfər elmlər namizədi, dörd nəfəri “Ali kateqoriyali müəllim”dir. Dörd nəfəri Azərbaycan Respublikasının “Qabaqcıl Təhsil İşçi”si, 43 nəfəri “I kateqoriyali müəllim”dir. Ali təhsilli müəllimlər 78.4 faizdir.Sabunçu rayon RTŞ-nin 40 saylı 01.04.2004-cü il tarixli əmri ilə 2004-cü ildə rayon miqyasında məktəbin qabaqcıl iş təcrübəsi öyrənilib yayılmışdır, hal-hazırda baza müəssisəsidir.Məktəb bütövlükdə 9 il dalbadal “İlin yaradıcı fəalliyəti ilə fərqlənən ən yaxşı təlim-tərbiyə müəssisəsi” adına layiq görülmüş, müxtəlif mükafatlar və diplomlarla, fəxri fərmanlarla təltif olunmuşdur.Məktəbin müəllimi Axundova Nisəxanım Eyyub qızı “İlin ən yaxşı müəllimi” müsabiqəsində Bakı şəhəri üzrə I yerə, Ağayeva Rəhilə Ənvər qızı rayon üzrə II yerə layiq görülmüşdür.Azərbaycan Respublikası Təhsil Nazirinin 16.04.2008-ci il tarixli əmri ilə gənc nəslin təlim-tərbiyəsi sahəsində səmərəli pedaqoji fəaliyyətinə görə məktəbin direktoru Məmmədova Nailə Adil qızı, məktəbin riyaziyyat müəllimi Abdullayeva Məlahət İkram qızı, dil-ədəbiyyat müəllimi Hüseynova Şəhrəbanu Gülhüseyn qızı “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilmişlər.Məktəbin riyaziyyat müəllimi Əsgərova Zərxanım Nizaməddin qızı, biologiya müəllimi Məmmədova Təhminə Surxay qızı, ibtidai sinif müəllimi Məmmədova Şəfiqə Hacıbala qızı, əmək müəllimi Nuriyeva Şəfiqə Nuru qızı “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı”na layiq görülmüşlər.Azərbaycan Respublikası Prezidentinin 05 iyul 2010-cu il tarixli, 997 nömrəli sərəncamı ilə Bakı şəhəri 187 nömrəli orta məktəb 2009/2010-cu tədris ilində keçirilmiş “50 ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olmuşdur.Məktəb öz məzunları ilə fəxr edir. Onlardan böyük alim Əhmədağa Əhmədov, vahidşunas alim Məmməd Nuru oğlu, Azərbaycanın böyük qəhrəmanları Heybət Heybətov, (Zuvanov), Məzahir Abbasov, Hüseynbala Əliyev, Midhəd Ələkbərov, xalq artisti Əlibaba Məmmədov, Sosialist Əməyi Qəhrəmanı Ağadadaş Kərbəlayi oğlu, əməkdar jurnalist Prezident təqaüdçüsü Mailə Muradxanlı, Ombudsman Aparatının İnformasiya və İctimaiyyətlə əlaqələr sektorunun müdiri, yazıçı – jurnalist, pedaqoji elmlər namizədi Zemfira Məhərrəmli, “Kamillik” qadın cəmiyyətinin prezidenti, BDU-nu şərqşunaslıq fakultəsi Metodiki şurasının sədri Əsmədxanım Məmmədova, Milli Məclisin üzvü Eldar Quliyev məktəbin qürur yeridir.Azərbaycan Respublikası Prezidentinin 05 iyul 2010-cu il tarixli, 997 nömrəli sərəncamı ilə Bakı şəhəri 187 nömrəli orta məktəb 2009/2010-cu tədris ilində keçirilmiş “50 ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olmuşdur.